Haqqımızda

12
          Biz inşaat sahəsində 2001-ci ildən etibarən fəaliyyət göstəririk. Fəaliyyətimiz inşaat materiallarının istehsalı və satışından ibarətdir. Avropa və Asiyanın  tanınmış brendlərinin Azərbaycandakı rəsmi distribyutoruyuq. Aşağıda göstərilən bölgü üzrə məhsulların satışını reallaşdırırıq:
  • Vanna və duş kabinlər
  • Su qarışdırıcılar
  • Hamam şkafları
  • Hamam aksesuarları və s.
Həmçinin Ecolux İnşaat distribyutorluq etdiyi brendlərin məhsullarından başqa öz istehsal etdiyi məhsulların da satışı ilə məşğul olur. Uzun illər təcrübəli brendlərlə yaxından əməkdaşlıq bizə qabaqcıl ölkələrin istehsal təcrübələrini mənimsəməyə şərait yaratmışdır. Bu təcrübəni yerli istehsala tətbiq edərək Siz alıcıların etibarını qazanmışıq. Məqsəd daxili bazarı münasib qiymət və keyfiyyətlə təmin etməkdir. Bizim istehsalcılarda qabaqcıl texnologiyalardan istifadə, keyfiyyətli xammal seçimi, mütəxəssislərdən ibarət peşəkar işçi komandası ilk sıralarda olmağımızı təmin edən əsas səbəbdir. Biz özümüzü yeniliklərə tez uyğunlaşan, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edən, model bazasın mütəmadi olaraq zənginləşdirən, müştəri məmnunluğun ən vacib amil hesab edən subyekt kimi görürük.
                                                                                              Missiyamız
Ecolux İnşaatın başlıca missiyası Avropa və Asiya ölkələrindən ən yüksək keyfiyyətli məhsulları seçib sərfəli qiymətlərlə yerli bazarda Sizə təqdim etməkdir. Siz müştərilərin məmnunluğu, istəklərinizin qarşılanması bizim üçün əsasdır. Məqsədimiz yeni iş planlarının hazırlanması və fəaliyyət sferasını genişləndirməkdən ibarətdir. Daxili bazarı yüksək keyfiyyətli, beynəlxalq standart və ən son tələblərə cavab verə bilən məhsullarla təmin etmək əsas məqsədimizdir. Ən son yenilikləri Sizlərə ilk çatdıracaq şirkət məhz Ecolux İnşaat olmalıdır.
      Prinsiplər
  • Yüksək xidmət
  • Yüksək keyfiyyətli və surətli istehsal
  • Dövrün tələbatını qarşılaya bilmək
      Xidmətlər
  • Çatdırılma
  • Quraşdırma
  • Özəl sifariş
  • Dizayn xidmətləri
  • Zəmanət
Advertisements